Biləsuvar şəhərində keçmiş məcburi köçkün sahibkarlara təlim verilib

25 fevral tarixində Biləsuvar şəhərində yerləşən təlim mərkəzində təlim həyata keçirilib. İşğaldan azad edilmiş rayonlardan olan keçmiş məcburi köçkün sahibkarlar üçün “Yaşıl iqtisadiyyyat və ekoloji  təmiz kənd təsərrüfatı” mövzusunda təlim keçirildi. Təlim yaşıl iqtisadiyyat üzrə mütəxəssis Sitarə Səfərovanın idarəçiliyi ilə həyata keçirilib. Təlimdə qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, temiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası haqqında danışıldı.
Həmçinin, isğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin yenidən qayıtması, həmin ərazilərdə infrastrukturun yaradılması,  ağıllı kənd və ağıllı şəhər layihələri, e- sağlamlıq sistemi, elektron tədris, ağıllı kənd təsərrüfatı və digər sahələr barədə də məlumat verildi. Eyni zamanda təlim müddətində  "Yaşıl iqtisadiyyat" in bazasında sahibkarlıq subyektlərinin qurulması istiqamətində tövsiyələr də verildi.