Ruslan Atakisiyev
0

Ruslan Atakişiyev

Məsləhətçi, Təlimçi
5 ildən çox təcrübə
Rəy bildir
0 / 160
Hazırda heç bir rəy bildirilməyib.

Təhsil

  • 1984-1994-cü illər: Mingəçevir şəhər 16 saylı orta məktəbdə təhsil almışam;
  • 1987-1992-ci illər: Mingəçevir şəhər Ü.Hacıbəyov adına Musiqi məktəbində “Qarmon” ixtisası üzrə oxumuşam;
  • 1994-1998-ci illər: Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində bakalavr dərəcəsi üzrə təhsil alaraq maliyyə və kredit ixtisası üzrə bitirmişəm;
  • 1998-2000-ci illər: Azərbaycan Beynəlxalq Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsinin magistr pilləsində oxuyaraq “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasını almışam;
  • 2001-2004-cü illər: Azərbaycan Dövlət İqtisad Universitetində “iqtisadi nəzəriyyə” ixtisası üzrə aspiranturada təhsil almış və iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün müdafiəyə buraxılmışam;
  • Yanvar 2008-ci il: Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Daimi Dissertasiya Şurasının iclasında elmi işimi müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşəm.

İş təcrübəsi

  • İş təcrübəsi:
  • 2000-ci ilin yanvarından 2001-ci ilin fevralına kimi “Tədris Mərkəzində” direktor vəzifəsində işləmişəm;
  • 2001-ci ilin aprel ayından 2002-ci ilin sentyabr ayına kimi “Nurlar” nəşriyyat-poliqrafiya firmasında satış və maliyyə məsələləri üzrə Menecer vəzifəsində çalışmışam;
  • 2002-ci ilin sentyabr ayından indiyə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Elm şöbəsində” Böyük inspektor vəzifəsində işləyirəm;
  • 2002-2003-cü illərdə “Sosial iqtisadi araşdırmalar Mərkəzi” fərdi firmasında direktor müavini vəzifəsində işləmişəm
  • Pedaqoji fəaliyyət:
  • 2002-2003 Azərbaycan İctimai Siyasi Universitetində “Beynəlxalq iqtisadi münasibətlər”, “Yaxın və orta şərq ölkələrinin iqtisadiyyatı” və “İxtisas ölkələrinin iqtisadiyyatı” fənlərindən mühazirələr oxumuşam;
  • 2004-2006 Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə” və “İqtisadi təlimlər tarixi” fənlərində seminar dərslərini aparmışam;
  • 2007-2010 Azərbaycan Turizm İnstitutunda “Menecmentin əsasları” və Marketinq fənlərindən mühazirələr oxumuşam;
  • İctimai fəaliyyət:
  • 1994-cü ildən fərdi şəkildə ictimai fəaliyyətə başlamışam;
  • 1997-2001 Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının məclisinin üzvü vəzifəsində işləmişəm;
  • 1999-2001 Azərbaycan Respublikası Gənclər Təkilatı Milli Şurasının Mənəvi Dəyərlər Komissiyasının sədr müavini vəzifəsində çalışmışam;
  • 1998-1999-cu illər ərzində “Bilik” maarifçilik Cəmiyyətində koordinator vəzifəsində işləmişəm;
  • 1999-2001 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində fəaliyyət gösərən “İctimai Şura”-nın üzvü olmuşam;
  • 2000-ci ildə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu “Humanitar məsələlər” komiisiyasına üzv seçilmişəm;
  • 2001-2009 Qlobal İqtisadi Araşdırmalar Mərkəzində Sədr müavini vəzifəsində çalışmışam;
  • Oktyabr 2002 - yanvar 2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti rektorluğu yanında “Xarici və yerli qurumlarla layhələrlə elmi iş üzrə” komissiyanın sədr müavini vəzifəsində işləmişəm;
  • 2007-2008 Yeddi Qeyri Hökumət Təşkilatının təmsil olunduğu “İnformasiya Cəmiyyətinin İnkişafı” Alyansının koordinatoru vəzifəsində işləmişəm;
  • 2009 –2019-cu illərdə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti vəzifəsində çalışıram;
  • 2010-cu ildən İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin İdarə heyətinin sədri vəzifəsində işləyirəm.

Xidmət regionları

  • Abşeron-Xızı
  • Bakı
  • Dağlıq Şirvan
  • Gəncə-Daşkəsən
  • Lənkəran-Astara
  • Mərkəzi Aran
  • Qarabağ
  • Qazax-Tovuz
  • Quba-Xaçmaz
  • Şirvan-Salyan
  • Şəki-Zaqatala
  • Şərqi Zəngəzur

Fəaliyyət kateqoriyaları

  • Biznes planın hazırlanması
  • Biznesin idarəedilməsi
  • İşgüzar etika
  • Layihə idarəedilməsi
  • Maliyyə
  • Vergi uçotu

Xidmətlər

  • ÜMUMİ İQTİSADİYYAT ÜZRƏ
  • 1. Biznesə başla
  • - Biznesə başlamaq üçün hazırlığın qiymətləndirilməsi;
  • - Biznesin Virtual imitasiyası;
  • - Biznes üçün doğru təşkilatı – hüquqi formanın seçilməsi;
  • - Fiziki və hüquqi şəxslərdə (firma, müəssisə, şirkət və s.) işin qurulması üçün Biznes planın işlənməsi;
  • - Biznesə başlamaq üçün Fəaliyyət planının işlənməsi
  • 2. Şirkətin təsis sənədlərin hazırlanması və qeydiyyatı;
  • Sahibkar biznes fəaliyyətinə başlamazdan əvvəl ilk növbədə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmalıdır. Qeyd edək ki, fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə fərdi sahibkar kimi və ya hüquqi şəxs yaradaraq məşğul ola bilər.
  • Fərdi sahibkarlıq - hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədilə fərdi qaydada, xüsusi mülkiyyətinə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinə götürməklə həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir.
  • Hüquqi şəxs - qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış, müstəqil balansı olan elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı olsun, öz öhdəlikləri üçün bu əmlakla cavabdehlik daşısın, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh qismində iştirak etmək hüququna malik olsun.
  • Bu xidmət növünə aşağıdakı proseduralar daxildir:
  •  Sahibkarlıq fəaliyyətinin təməli sayılan şirkətlərin (MMC) rəsmi qeydiyyatı;
  •  Vergi orqanı tərəfindən təqdim olunan sənədlərin (nizamnamə, çıxarış və VÖEN) notarial qaydada təsdiq olunması;
  •  Hüquqi şəxsin qanuni təmsilçisi üçün ASAN İmza (Mobil imza) alınması;
  •  Şirkətə korporativ möhür və ya ştampın alınması;
  •  Fiziki və hüquqi şəxslər üçün müvafiq şəhadətnamə dublikatın göndərilməsi ilə bank hesabının açılması və rekvizitlərin alınması;
  •  Şirkət direktorunun əmək müqaviləsinin qeydiyyatı üçün müvafiq bildirişin göndərilməsi;
  • 3. Vergi üzrə xidmətlər;
  • - Onlayn kargüzarlıq;
  • - Vergi Qanunvericiliyinin izahı;
  • - Vergi orqanları ilə yazışmalar;
  • - Vergi orqanları ilə yaranan mübahisələrdə məsləhət;
  • - Əmək müqaviləsi bildirişlərinin qeydiyyatı;
  • - Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamələrin təqdimi;
  • - e-Bəyannamələrin hazırlanması və verilməsi;
  • - e-Qaimə-fakturanın göndərilməsi və s.;
  • 4. Biznes idarəçiliyi;
  • - Biznes qərarlarının hazırlanması;
  • - Qərarvermə prosesinin qurulması;
  • - Sistem menecmentin təşkili;
  • - Vəzifə - Səlahiyyət – Öhdəlik – İcra – Hesabat – Qiymətləndirmə paralelliyinin idarəolunması;
  • 5. Strateji menecment;
  • Bura - müəssisənin müəyyən zaman keçdikdən sonra ən optimal üsullarla yüksək nəticələr əldə etməsinə imkan yaradan inkişaf strategiyasının işlənib hаzırlаnmаsı və rеаllаşdırılmаsı xidməti daxildir. Bu xidməti aşağıdakı kimi təsnifləşdirmək olar:
  •  Strateji məqsədin və fəaliyyət sahəsinin müəyyənləşdirilməsi;
  •  Məqsədə nail olmaq üçün strateji vəzifələrin qarşıya qoyulması;
  •  Nəticəni almaq üçün planların düzgün həyata keçirilməsi;
  •  Seçilmiş strategiyanın səmərəli həyata keçirilməsi;
  •  Nəticələrin qiymətləndirilməsi və strategiyada düzəlişlər aparılması
  • 6. Korporativ idarəetmə;
  • Bura, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) korporativ idarəetmə standartları, beynəlxalq kodekslər və milli standartlar əsasında şirkətin bütün iştirakçılarının maraqlarını özündə ehtiva edən korporativ idarəetmə katibliyinin formalaşdırılması, o cümlədən də müəssisənin korporativ idarəetmə kodeksinin hazırlanması daxildir. Bura həmçinin korporativ idarəetmə sisteminə daxil olan səhmdar yığıncaqlarının keçirilməsi, qərarların qəbulu və sənədlərin hazırlanması da daxildir.
  • 7. Ailə biznesinin idarəolunması;
  •  Ailə Şurasının yaradılması;
  •  Ailə iclasının keçirilməsi və protokollaşdırılması;
  •  Ailə Kodeksinin yazılamsı;
  •  Ailə (lər) in sosial tədbirlərinin qurulması;
  •  Ailə şirkətlərində münaqişələrin həll olunması;
  • 8. Maliyyə mənbələrinin aşkarlanması;
  •  Müəssisənin maliyyə ehtiyacının qiymətləndirilməsi;
  •  Ucuz və alternativ maliyyənin aşkarlanması;
  •  Şirkətdaxili və xarici investisiya mənbələrindən müəssisə üçün effektiv olanlarının seçilməsi;
  •  Müəssisələrdə maliyyə resurslarının idarə edilməsi problemlərinin təhlili;
  •  Maliyyə resurslarının idarə edilməsinin səmərəliliyinin qiymətləndirilməsi;
  •  Maliyyə resurslarının yaradılması mənbələrinin təhlili;
  •  Maliyyə resurslarından istifadənin səmərəliyinin artırılması yolları.
  • 9. İnvestisya layihəsinin hazırlanması;
  • - İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi;
  • - İnvestisiya layihələrinin özünü doğrultma müddətinin təyin olunması;
  • - İnvestisiya risklərinin müəyyənləşdirilməsi və onların idarəolunması alətlərinin hazırlanması;
  • - İnvestisiya layihəsini hazırlamaq
  • 10. Şirkətin investisya ehtiyacının və cəlbediciliyinin qiymətləndirilməsi;
  •  Əvvəlki dövrlərdə maliyyə investisiyalaşdırılmasının vəziyyətinin təhlili;
  •  Qarşıdakı dövrdə maliyyə investisiyalaşdırılma həcminin təyini;
  •  Maliyyə investisiyalaşdırılma formasının təyini;
  •  Ayrı-ayrı maliyyə alətlərinin investisiya keyfiyyətinin qiymətləndirilməsi;
  •  İnvestisiya portfelinin formalaşdırılması və səmərəli idarə edilməsinin təşkili